iSpring Learn distant tədris platforması

Şirkətdə tədrisi avtomatlaşdırmağa və tədris nəticələrinə nəzarət etməyə imkan verir.
1 gün ərzində distant tədris platformasını açın
Sadəcə portala tədris materiallarınızı və testləri yükləyin, əməkdaşları dəvət edin və tədrisin gedişatını izləyin.

iSpring ilə tədris artıq tədris sinifləri ilə məhdudlaşdırılmır
Əməkdaşlar kursları istənilən qurğulardan aça bilərlər: noutbuklardan, planşetlərdən və telefonlardan. iOS və Android tətbiqi ilə isə kursları hətta internet olmadan belə keçmək olar.

Belə ki, əməkdaşlar istənilən rahat bir zamanda kursda iştirak edir, test verir və tədris olunmuş materialı təkrarlayırlar: evdə, yolda, kafedə və ya işdə ikən
Tədrisin keyfiyyəti haqqında daha çox məlumat
iSpring ətraflı statistika toplayır və sizə kimin həqiqətən oxuyub-oxumadığını izləməyə imkan verir. Siz hər bir filialda və bölmədə hazırlıq səviyyəsinə nəzarət edə, əməkdaşların müvəffəqiyyət reytinqlərini və uğurlarını qiymətləndirə bilərsiniz.
Tədris keyfiyyətinin təkmilləşdirilməsi sistemi
Kursları yaxşılaşdırmaq və tədris metodikasını təkmilləşdirmək üçün, tədris materialları üzrə analitikadan və tələbələrin şərhlərindən istifadə edin.
Ümumi hazırlıq səviyyəsi: 71,14%
Tədrisi planlaşdırmaq asandır
iSpring bütün tədris fəaliyyətlərini planlaşdırmağa imkan verir: onlayn kursları, əyani treninqləri və master klasları. Hər şey bir məkanda, əlavə excel cədvəllər və məktubların əllə göndərilməsi olmadan.

Davamiyyət haqqında bütün məlumat hesabatlarda mövcud olacaq. Tədbiri buraxmış şəxs üçün əlavə materiallar təyin etmək və ya onu təkrar treninqə dəvət etmək olar.
Dünya brendləri iSpring həllərini seçir
iSpring müştəriləri arasında aviaşirkətlər və avtodilerlər, neft-qaz və metallurgiya şirkətləri, banklar və sığorta şirkətləri, ticarət şəbəkələri, İT şirkətləri, habelə, Rusiyanın və xarici ölkələrin iri ali təhsil müəssisələri var.
20
Onlayn tədris bazarında illik təcrübə
59 000
Dünya üzrə müştəri
198 şirkət
Fortune 500-dən
Əlaqə məlumatlarınızı elə indi saxlayın və biz sizin üçün sistem imkanlarının pulsuz nümayişini həyata keçirəcək və iSpring-in əməkdaşların tədrisi üzrə problemlərinizi necə həll edəcəyi barədə danışacağıq.
iSpring-in əsas imkanları
Siz tez bir zamanda, bir neçə kliklə, elektron kurslar, testlər, video mühazirələr, trenajorlar hazırlaya və onları DTS-ə yükləyə bilərsiniz.
Bütün distant tədris prosesini təşkil edin
Tədris materiallarının hazırlanması üçün güclü alət
Kurslar üçün limitsiz yaddaş
Addım-addım tədris proqramları
Tədbirlər təqvimi
Siz əyani treninqləri və master-klasları, lazımsız excel və ya google cədvəlləri olmadan, birbaşa iSpring Learn-də planlaşdıra bilərsiniz.
İstifadəçilərin rahat idarə edilməsi
Əməkdaşları şöbələrə və filiallara birləşdirin, yaxud maraqlar üzrə tədris qruplarını yaradın. Məsələn, Excel ilə iş və taym-menecement üzrə ayrıca qruplar yığın.
Siz hər bir şöbə üçün tədris proqramı tərtib edə və keçilən hər dərslə əməkdaşların zəruri bacarıqlarını necə inkişaf etdirdiklərinə və peşə baxımından necə yüksəldiklərinə nəzarət edə bilərsiniz.
Siz giqabaytlara görə ödəniş etmirsiniz. Siz istənilən sayda video, təqdimat yükləyə və tələb olunan qədər yaddaşdan istifadə edə bilərsiniz.
Lonqrid redaktoru
Siz birbaşa iSpring Learn-də şəkillərlə, ekspert sitatları ilə, infoqrafika və video ilə tanışlıq məqaləsini yaradacaqsınız. Hazır materialı dərhal əməkdaşlara təyin etmək və hesabatlara əsasən onların müvəffəqiyyətlərini izləmək olar.
Portalı öz korporativ üslubunuzda tərtib etmək çox asandır. Rənglər, loqotip və URL ünvanları bir neçə kliklə idarəetmə panelindən tənzimlənir.
Korporativ üslubunuza uyğun portal
Offlayn tədris üçün mobil tətbiq
Vizual hesabatlar
Əməkdaşların kurslarda necə tədris aldığına və testlərdən necə keçdiklərinə nəzarət edin. Əyani şəkildə, onlayn rejimdə.
Mobil tətbiqlər hətta internet qoşulması olmadan belə (məsələn, təyyarədə və ya qatarda) tədris materiallarına keçidi təmin edir.
Onlayn testlər
İnteraktiv testlər və sorğuların köməyi ilə, operativ şəkildə bilikləri yoxlayın.
Sertifikatlar
Siz əməkdaşlar üçün sertifikatları tənzimləyə bilərsiniz, sistem isə, onlar kursları uğurla başa çatdırdıqdan və testləri verdikdən sonra, avtomatik olaraq onları göstərəcək.
Tədrisə cəlb edin
iSpring-də tez bir zamanda sənədlərinizi, təlimatlarınızı, slaydlarınızı və skriptlərinizi interaktiv oyunlara, video mühazirələrə və trenajorlara çevirməyə kömək edəcək alətlər var.
Video mühazirələr
Siz çıxışın əks olunduğu video yazını spikerin təqdimatı ilə birləşdirə bilərsiniz, bu zaman maraqlı video dərs alınacaq.
Dialoq trenajorları
Müxtəlif vəziyyətlərdə ünsiyyət bacarığının və davranış strategiyasının təkmilləşdirilməsi üçün idealdır. Məsələn, qəzəbli müştəri ilə danışıq simulyasiyası.
Əvvəlcə siz az sayda əməkdaşların, məsələn, bir və ya bir neçə şöbə komandasının tədrisini həyata keçirə, daha sonra isə genişləndirilmiş plana keçə və uğurlu təcrübəni bütün şirkət üzərində tətbiq edə bilərsiniz.
iSpring platforması onlayn tədrisin tədricən tətbiqi üçün uyğundur
Peşəkar dəstək komandası
Dəstək xidmətimiz proqramla iş üzrə istənilən sualınıza tez bir zamanda cavab verəcək. Bundan əlavə, mütəxəssislər müntəzəm olaraq tədris vebinarları keçirir və təzə başlayan istifadəçilər üçün video dərslər hazırlayırlar.
Məsələlərin 83%-i 2 saat ərzində həll olunur

Məsələnin texniki tərəfi

Məlumatlar Rusiyadakı serverlərdə saxlanılır və, daxili rezerv surət sistemi sayəsində etibarlı şəkildə müdafiə olunur. Və bu məlumatların qorunması üzrə 15 tədbirdən sadəcə biridir.
Məlumatların təhlükəsizliyinə dair zəmanət
Biz müştərilərin rəylərini və istəklərini aktiv şəkildə analiz edir, ən yaxşılarını seçir və hər ay sistemi yeniləyirik. Bundan əlavə, fərdi sorğulara əsasən, iSpring mühəndisləri yeni hesabat növlərini, vahid qeydiyyat nöqtəsini və digər imkanları tənzimləyəcəklər.
Tələblərinizə uyğun tamamlama
iSpring tədris portalı bulud həllidir, lakin, zəruri hallarda, biz sizin üçün serverinizdə sistem aça bilərik.
Buludda və ya serverinizdə korporativ portal
iSpring alətləri müasir elektron tədris standartlarını dəstəkləyir: SCORM 1.2 və SCORM 2004.
iSpring beynəlxalq elektron tədris standartlarına uyğundur.
iSpring ilə tədrisi bu gün işə salın
14 günlük iSpring platformasına demokeçid əldə edin və əməkdaşlarınıza dərs keçməyə başlayın.