Konstruktor intuitiv olaraq aydın olan PowerPoint interfeysində işləyir
Daxilə quraşdırılmış audio- və videoredaktor, ekran və interaktivlik yazıcısı, interaktiv kitablar üçün proqram, mətn redaktoru bir pəncərədə müxtəlif növ kontentləri yaratmağa imkan verir.
Rəngarəng kurslar, fonlar, mövzular, personajlar, fotoşəkillər, işarələr – zəngin kontent kitabxanası sürətli və rahat axtarış funksiyası ilə təchiz olunub.
Yaradılan kurslar SCORM 1.2, SCORM 2004, AICC, xAPI (Tin Can) və cmi5 beynəlxalq standartlarına cavab verir və 156 distant tədris sistemi ilə uyğundur.
PowerPoint-in bütün effektlərinin qorunub saxlanması
Mətn üslubları, keçidlər, triggerlər, animasiya – hazır kurs PowerPoint-də baxış zamanı olduğu kimi əks etdiriləcək.
Mobil cihazların dəstəklənməsi
iSpring platformasında yaradılan kursları iOS, Android və Windows Phone daxil olmaqla, istənilən platformada telefon və planşetlərdə keçmək rahatdır.
Məsələlərin 83%-i telefonla 2 saat ərzində həll edilir. Sərbəst şəkildə öyrənmək üçün geniş bilik və video tədris bazası təqdim olunub.